Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Avropa çempionatında çoxnövçülük hərəkətlərində finala vəsiqə qazanıb.

“My-News” xəbər verir ki, təsnifat mərhələsində Ağamirova 94.400 xalla 8-ci, Cəlilova isə 92.700 xalla 11-ci olub.

Bundan başqa, Ağamirova gürzlə hərəkətlərdə hakimlərdən 31.200 xal alaraq 7-ci yerin sahibi kimi həlledici raunda adlayıb. Cəlilova isə lentlə hərəkətlərdə 30.400 xal toplayıb. O, 8-ci yeri tutaraq, finala yüksəlib.

Qeyd edək ki, Zöhrə Ağamirova daha əvvəl topla hərəkətlərdə finala çıxıb. Kamilla Qafarova isə lentlə hərəkətlərdə bürünc medal qazanıb.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *