Dubayda danışnmaz əmlak satışı ilə məşğul olan MyRealEstate şirkəti , Dubaydaki Emaar şirkətin eksklüziv tərəfdaşı olan Unique Zone Real Estate şirkəti ilə tərəfdaşlıq müqaviləsini bağladı.


Həmçinin qeyd etmək isiriyərdik ki, 18 Dekabr, 2022-ci ildə, Bakida, EMAAR-ın Unique Zone Real Estate tərəfdaşının dəstəyi və MyGroup holdinqin iştirakı ilə “Dubayda daşınmaz əmlak inkişaf modeli” mövzusunda “CEO MEET UP DUBAI” keçirilib.

Həmin görüşdə MyGroup holdinqin və MyRealEstate şirkətin təsisçisi, Emil İsgəndərov çıxış zamanı qeyd etdi ki, bu görüşlər iki ölkənin özəl sektoru arasında ikitərəfli münasibətlərin inkişafına təkan vermək, dialoqu dərinləşdirmək və ikitərəfli əməkdaşlıq yolunda uğurları genişləndirmək məqsədi daşıyır. Həmçinin o bildirdi ki, BƏƏ bazarına çıxmaq istəyən azərbaycanlı sahibkarlara bundan sonra da kömək etməyə hazırdır və EMAAR Property və Unique Zone Real Estate kimi iri şirkətləri əməkdaşlığa dəvət etmək niyyətindədir. EMAAR Property-nin fəaliyyətindən danışan Emil İskəndərov EMAAR-ın BƏƏ-nin ən böyük tikinti şirkətlərindən biri olduğunu və Burj Khalifa, Dubai-Mall, King Abdullah Economic City və s. kimi möhtəşəm və iri miqyaslı layihələrin müəllifi olduğunu vurguladı.

Unique Zone Real Estate şirkətinin baş direktoru Ankush Midha həmin görüşdə Emil İsgandərova öz təşəkkürlərini bildirib və məhsuldar əməkdaşlıq arzuladı.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *